Yanvar ayının 20-si ABŞ ‘ın Massaçusets ştatında çox gözlənilən UFC 220 keçiriləcək, belə ki, bu gecədə qaydasız döyüş idmanının nəhəng isimləri, çox perspektiv döyüşçülər ilə üz-üzə gələcəklər. Gecənin əsəs kardı Miocic — Ngannou döyüşü olacaq. Bu maraqlı döyüşdən başqa sizləri daha bir maraqlı, Cormier — Oezdemir qarşılaşması gözləyir. UFC 220 ‘də iki çempion kəməri itirilmə təhlükəsindədir.
Miocic — Ngannou
Ağır çəki divizyonunda iki “Titanlar” üz-üzə gələcək. Hazırki çempion, Stipe Miocic ( 17-2 ), yeni parlayan və qarşısında bütün hədəflərini məhf edən Francis Ngannou ilə döyüşəcəkdir. Miocic UFC 198 ‘də Fabricio Werdum’a qalib gələrək çempionluq kəmərini əldə etdi. Daha sonra o, iki dəfə çempionluq kəmərini qorumağı bacardı. Bu iki çox peşəkar döyüşçülər: Alistair Overeem və Junior dos Santos, titulu onun əlindən almağı bacara bilmədi. Yeri gəlmişkən Miocic, Dos Santos ilə 2014-cü ilin dekabr ayında üz-üzə gəldi, lakin həmin döyüşdə hakimlərin yekdil qərarı nəticəsində Junior dos Santos qələbə qazandı.
Kamerunlu döyüşçü Francis Ngannou ( 11–1 ), UFC ‘də cəmi 6 görüş keçirib və sadəcə bir dəfə hakimlərin qərarı nəticəsində məğlub olub. Francis Ngannou hal-hazırda yeni rekorda imza atıb. Belə ki onun yumruq zərbəsi 1,317 tondur. Onun zərbəsinin ekvivalenti 96 at gücünə bərabərdir, bu isə, var güc ilə vurulmuş beş kiloluq çəkic zərbəsi deməkdir. UFC 218 ‘də Francis Ngannou reytinq cədvəlində 1-ci yerdə olan Alistair Overeem ilə qarşılaşdı və həmin görüşün elə birinci raundda Ngannou, sol apperkotla Alistair ‘i nokauta göndərdi. Bukmeykerlər bu döyüşdə Ngannou qalib görür, onun qələbə əmsalı 1.5 ‘dir. Stipe Miocic ‘in isə bu görüşün anderdoqu hesab edilir, onun qələbə əmsalı 2.39 ‘ilə qiymətləndirilir.
Cormier — Oezdemir
Bizləri, gecənin əsas kardından heçdə geri qalmayan Daniel Cormier – Volkan Oezdemir döyüşü gözləyir. Bu döyüş çox maraqlı olacağını vəd edir. Yarım-ağır çəki üzrə çempion Daniel Cormier ( 19-1 (1) ) ‘ə bir neçə ay bundan öncə çempionluq kəməri geri döndü. Uzun müddətli diskfalifikasiyadan sonra geri qayıdan məğlub edilməz Jon Jones, UFC 214 revanş görüşündə Cormier ‘i texniki nokaut ilə məğlub etti. Bundan öncə heç bir idmancı Daniel Cormier ‘i nokauta yollaya bilməmişdi. Lakin, Jon Jones yenidən kəməri qaytarmaq sevincini çox yaşıya bilmədi. Belə ki onun qanında qadağan edilmiş vasitə (Turinabol) aşkarlandı və çempionluq kəməri onun əlindən alınaraq, yenidən Daniel Cormier ‘ə qaytarıldı, həmin görüş isə baş tutmamış kimi qeyd olundu.
Türk əsilli və çox perspektivli bir gənc, Volkan Oezdemir ( 15-1 ) ozünün ən vacib görüşlərindən birinə çıxacaq. Ozdemir olduqca tez öz rəqiblərini nokauta göndərir bu səbəbdən də o,” Vaxt yoxdur” ləqəbli ilə tanınır. O 15 göruşun 11 ‘ni (KO/TKO) ilə sona çatdırıb. Bu görüşdə Ozdemirin əsas üstünlüklərindən biri onu 1.85 boyunda olmasıdır, Daniel ‘in boyu isə 1.80 dir. Lakin buna baxmayaraq Cormier çox peşəkar döyüş üslubuna malikdir hansı ki, onun rəqibi bununla öyünə bilməz. Bu görüşün favoriti birtərəfli olaraq Daniel Cormier hesab edilir. Onun qələbə əmsalı 1.36 ‘dır. Ozdemirin qələbə əmsalı isə 3.44 olaraq qiymətləndirilir.