Dekabr ayının 1-də cümə günü, Azərbaycan Premyer Liqasının ən maraqlı matçlarından biri keçiriləcəkdir. Belə ki, Qarabağ — Neftçi ‘ilə üz-üzə gələcəkdir. Onuda əlavə edək ki, Qarabağ klubunu, UEFA Çempionlar liqası çərçivəsində Roma ilə cavab oyunu gözləyir
Qarabağ haqda bilməmiz gərəkənlər
UEFA Çempionlar liqası çərçivəsində Qarabağ evdə, cavab oyununda Çelsi ‘yə 4:0 hesabla məğlub olub. Matçın 19’cu dəqiqəsində hakim, klubun kapitani Rəşad Sadıqov ‘a qırmızı vərəqə göstərərək penalti verib. Bu hal komandanı və onun azarkeşlərini məyus etməyə bilməzdi. Matçın 73’cü dəqiqəsində oyunun hakimi bir daha penalti cəriməsi təyin etdi və bununla da oyunun asan 3-cü qolu vuruldu. Azərbaycan Premyer Liqası çərçivəsində Atlılar son 7 oyunu qələbə ilə bitirib. Qarabağ, Neftçi klubu üçün çox güclü rəqibdir.
Neftçi haqda bilməmiz gərəkənlər
Neftçi, Azərbaycan Kuboku çərşivəsində Zaqatala ‘nı 5:0 hesabı ilə darmadağın edib. Premyer Liqada isə klub son oyunda Keşlə kubunu qəbul etdi və həmin oyunda Neftçi 3:1 hesabı ilə qalib gəldi. Komandanın baş məşqçisi Tərlan Əhmədov qeyd edib ki, klubun hal-hazırda müdafiyəsi onu narahat etməyə bilməz lakin, Qarabağ ilə matçda onlar tam güc ilə oyuna çıxacaqlar. Və klub son oyunlarda yaxşı nəticələr göstərdiyindən dolayı onların bu oyunda qələbəsi gözləniləndir.
Proqnoz
Qarabağ – 1.33 əmsalla oyunun şübhəsiz favoritidir, Neftçi ‘in qələbə əmsalı isə 7,00 ilə qiymətləndirilir. Heç-heçə ehtimalı + 4,5 dir. Qarabağ və Neftçi matçı, Azərbaycan futbol derbisi sayılır. Bu iki komanda arasındakı matç hər zaman futbol ictimaiyyətinin diqqət mərkəzində olur və daim prinsipiallığı ilə seçilir. Azərbaycan Premyer Liqası çərçivəsində Qarabağ və Neftçi 62 dəfə qarşılaşıblar onlardan 20-sini Qarabağ qazanıb, 18-də isə Neftçi qalibiyyət əldə edib. Heç-heçə sayı 24-dür. Neftçi son oyunlarda çox yaşı oyun nümayiş göstərir və Qarabağ son uduzduğu matçdan sora ruh düşkünluyu ona baha başa gələ bilər.
Proqnoz: Qarabağ ‘ın qələbəsi